Təqdim olunmuş məlumatlar əsasında qiymət təklifi hazırlanaraq Sifarişçiyə göndərilir

Qiymət təklifi və təqdim olunmuş məlumatlarda hər hansı bir dəyişiklik, əlavələr olmadıqda təklif yazılı şəkildə təsdiqlənir

Müqavilə imzalandıqdan və ödənişin 50%-i hesaba daxil olduqdan sonra şirkətin loqosu, yerləşdiriləcək müvafiq mətn və şəkillər İcraçıya göndərilir

İcraçı təsdiq olunmuş struktur və göndərilmiş məlumatlar əsasında mobil tətbiqin bir neçə strateji səhifəsinin dizaynı hazırlanaraq müzakirə olunması üçün Sifarişçiyə göndərir

Sifarişçi dizaynı təsdiq etdikdən sonra daxili səhifələr dizayn olunaraq təsdiq olunması üçün Sifarişçiyə göndərir

Daxili səhifələrin dizaynı təsdiq olunduqdan sonra proqramlaşdırma prosesi başlanır

Hər iki platforma üzrə texniki işlər bitdikdən sonra inteqrasiya prosesi başlayır

Görülmüş işlər İcraçı tərəfindən test olunur

Test müddəti bitdikdən sonra saytın admin panelinin idarə edilməsi üzrə Sifarişçinin təyin etdiyi şəxs və ya şəxslərə təlim keçilir;
Razılaşdırılmış məbləğin digər 50%-i ödəndikdən sonra Sifarişçinin təqdim etdiyi texniki məlumatlar əsasında hazırlanmış mobil tətbiq müvafiq platformalara köçürülür və məlumatlar Sifarişçiyə təqdim olunur.