Qiymət təklifi yazılı şəkildə təsdiqlənir

Müqavilə imzalandıqdan və ödənişin 50%-i hesaba daxil olduqdan sonra şirkətin loqosunun master faylı, qablaşdırma üzərində yerləşdiriləcək müvafiq mətnlər və şəkillər İcraçıya göndərir

Sifarişçi tərəf məhsulun rəqibləri, xitab etdiyi auditoriya barədə şifahi və ya yazılı formada məlumatlar təqdim edir

İcraçı göndərilmiş məlumatlar əsasında 2 fərqli dizayn konsepti hazırlayaraq təqdim olunması üçün Sifarişçi ilə görüşür

Dizayn konsepti müzakirə olunur. Hər hansı bir dəyişikliklər varsa icra olunur. Konsept bəyənildiyi təqdirdə onun digər məhsul çeşidlərinə tətbiq olunmasına başlanılır

Konsept bütün məhsul çeşidlərinə adaptasiya olunduqdan sonra SKU-lara (ölçülərə) adaptasiya prosesi başlanır

Bütün dizaynlar Sifarişçi tərəfindən yazılı təsdiq olunduqdan sonra qablaşdırma/etiketlərin çapa hazırlanması üçün montaj işləri görülür;
Razılaşdırılmış məbləğin digər 50%-i ödəndikdən sonra çap faylları Sifarişçiyə təqdim olunur.