Qablaşdırma

Marka ilə müştəri arasında əsas kommunikasiya vasitəsi hesab olunur. Qablaşdırmanın forması və ya etiketin göz oxşayan dizaynı satışa birbaşa olaraq təsir etmə gücünə malikdir. Müştəri 5 saniyə ərzində qablaşdırmaya baxaraq məhsulun keyfiyyəti, xarakteristikası, ona olan etibarı ilə bağlı təsəvvürlərini formalaşdırır. Belə bir rəqabətli bir mühitdə markanın gözə çarpması isə mütləqdir.

Qablaşdırma və ya etiket dizaynının mərhələləri:

Bazarın Araşdırılması

Bu mərhələdə hər kəsə açıq olan məlumatlar əsasında bazarın və rəqiblərin analizi aparılır. Mərhələnin nəticəsindən asılı olaraq dizayn konseptlərinin formalaşması baş tutur.

Beyin Fırtınası

Araşdırmanın nəticəsi və hər hansı bir dizayn eskizlərinin hazırlanması üçün layihədə iştirak edən əməkdaşlar arasında fikir bölgüsü aparılır, müxtəlif ideyaların müzakirəsi aparılır.

Tendensiya

Qablaşdırma və ya etiket dizaynının bu mərhələsində marketoloq və qablaşdırma üzrə dizaynerlər makro və mikro trendlərin, rənglərin araşdırmasını həyata keçirirlər. Məsələn: Çay üzrə tendensiya, süd üzrə tendensiya və s.

Dizayn konsepti

Beyin fırtınası mərhələsindən sonra qablaşdırma üzrə ixtisaslaşmış dizayner müzakirə zamanı əldə olunmuş ümumi fikirlərin vizual təsvirini həyata keçirir. İlkin müzakirələr əsasında hazırlanmış eskizlər yenidən müzakirəyə çıxarılır.

İlkin Təqdimat / Düzəlişlər

Müzakirələr əsasında hazırlanmış ilkin versiyanın müştəri üçün təqdimatı həyata keçirilir. Müştərinin məntiqli şərhləri əsasında təqdim olunmuş versiya üzərində müvafiq dəyişikliklər həyata keçirilir.

Ölçülərə Adaptasiya

Müştərinin məntiqli şərhləri əsasında hazırlanmış qablaşdırma forması və ya etiket dizaynına sonra təqdim olunmuş SKU saylarına və ölçülərə uyğun adaptasiya işləri həyata keçirilir.
Sifariş et
Məsləhət al Brief yüklə