Seçiminiz üçün 2 növ loqotip təklif edirik.

Alfabetik loqotip.

Bu tip loqotiplərin hazırlanması zamanı hər hansı bir qrafik elementlərdən istifadə edilmir. Loqo tam olaraq hərflərin (font) müxtəlif kombinasiyasından formalaşır.

Qrafik loqotip.

Bu formalı loqotiplərdə şirkətin adının yanında onun fəaliyyət göstərdiyi istiqaməti əks etdirən və ya şirkətin adının baş hərfinə uyğun simvol yaradılır.
Loqo dizaynı zamanı aşağıdakı tələbləri hər zaman diqqətə alırıq.

Oxunaqlılıq.

Şirkət üçün hazırlanacaq birinci dəfədən müştərinin yadında qalmalı və şirkətin fəaliyyət istiqamətini özündə əks etdirməlidir.

Originallıq.

Sizin üçün hazırlanmış loqo təkrarlanmamalı və digər şirkətlərin loqotiplərinə bənzəməməlidir. Loqotip Sizin şirkətin indentifikasiya kodu olmalıdır.

Sadə formalı.

Hər şey sadəlikdə gizlənib. Sizin şirkətin loqotipi nə qədər sadə olsa, şirkətinizin tanınması bir o qədər rahat yadda qalacaq.

İstifadəsi rahat.

Loqotipin hazırlanması zamanı loqonun mümkün olan bütün elektron və digər reklam daşıyıcılarında aydın şəkildə oxunulması nəzərə alınmalıdır.

Loqo Qaydaları.

Biz təkcə loqo deyil, həmçinin loqonun istifadə qaydalarını da yaradırıq. Bu qaydalar Sizin şirkətə olan korporativ münasibətin müsbət istiqamətə dəyişməsinə xidmət edəcək.

Loqo Fəlsəfəsi.

Loqo bir şirkət fəlsəfəsidir. Bu fəlsəfəni digərlərinə izah etmək isə şirkət tanıtımının bir yoludur. Bu fəlsəfəsinin necə yaradıldığını isə yalnız peşəkar dizaynerlər bilər.
Sifariş et
Məsləhət al Brief yüklə