Qiymət təklifində hər hansı bir dəyişiklik və ya əlavələr olmadıqda təklif yazılı şəkildə təsdiqlənir

Müqavilə imzalandıqdan və ödənişin 50%-i hesaba daxil olduqdan sonra şirkətin loqosunun master faylı, kataloqa yerləşdiriləcək müvafiq mətnlər və şəkillər İcraçıya göndərir

Təqdim olunmuş mətn və şəkillər sortlaşdırılır

İcraçı göndərilmiş məlumatlar əsasında təqdimatın daxili səhifəsinin bir neçəsinin dizaynını hazırlayaraq müzakirə edilməsi üçün Sifarişçiyə təqdim olunur

Dizayn konsepti təsdiq olunduqdan sonra digər səhifələr dizayn olunaraq təsdiq olunması üçün Sifarişçiyə göndərir

Daxili səhifələrin dizaynı təsdiq olunduqdan sonra üz qabığı hazırlanır

Ümumi dizayn Sifarişçi tərəfindən təsdiq olunduqdan sonra təqdimatın çapa hazırlanması üçün montaj işləri görülür;
Razılaşdırılmış məbləğin digər 50%-i ödəndikdən sonra təqdimatın çap variantı və master faylları Sifarişçi tərəfə təqdim olunur.