Kataloq Dizaynı
Kataloqun hazırlanmasına maneçilik yaradan məqamlar
CRM-də və şirkətimizə daxil olan telefon danışıqları zamanı müştərilərin bir çoxu kataloqun hazırlanma müddətinin və qiymətinin nəyə görə dəyişkən olduğunu soruşur. Bütün bu proseslərin sürətli olması marketinq şirkəti olaraq müştəridən aldığımız məlumatların doğruluğu, bütövlüyü və tərəflərin işə yanaşmasından asılıdır. Bu xidmət növündə işimizi sağlam tutmaq və müştərilərimizi maarifləndirmək məqsədilə proseslərə təsir edən məqamları Sizinlə də paylaşırıq.
MƏLUMAT DAĞINIQLIĞI
FOTO ÇƏKİLİŞ
MƏLUMATLIN SAXLANILMASI
KONTENT YETƏRSİZLİYİ
LOQOLAR
KOORDİNASİYALI ŞƏXS
Sizə necə bir kataloqlar təklif edirik?
Bu kataloq növləri müəyyən müddətdən bir çap olunmaqla, şirkət müştərilərinə daxildə baş verən dəyişikliklər, məhsul və xidmətlərin qiymətləri barədə məlumat verir. Bu cür kataloqlar mövsümi və ya illik olur. Bir çox müştərilər şirkətlərin bu cür kataloqları təqdimetmə tezliyinə tez alışırlar. Məhz buna görə də bu cür kataloqları dizayn və çap edərkən məlumatların təqdimetmə tərzinə və onun strukturuna diqqət etmək lazımdır. Çox vaxt bu kimi dövrü kataloqlar müntəzəm olaraq poçt vasitəsilə şirkətlə işləmək istəyən müştəri bazalarına göndərilir.
Bu növ kataloqların vəzifəsi bir şirkətin müəyyən məhsul və xidmətlərini ən yaxşı fərqləndirən şəkildə müştəriyə çatdırmaqdan ibarətdir. Burada şirkətin məhsul və xidmətləri ikinci, şirkətin tarixi, fəlsəfəsi, uğurları, tərəfdaşları və s. göstəriciləri haqqında məlumatar isə birinci dərəcəli məlumat kimi təqdim olunur. Bu kataloqlar daha çox konfrans və sərgilərdə iştirak zamanı tərəfdaş olmaq istədiyi şirkətlərin nümayəndələrinə paylanılır. Belə kataloqların çap olunması zamanı adətən bahalı və cəlbedici materiallardan (laklama, laminasiya, qabarıq hərflər və s.) istifadə olunur.
Bu növ kataloqlarda sadəcə müştərilər üçün təqdim olunan məhsul və xidmətlərin siyahısı, dəyəri və təsviri göstərilir. Belə bir kataloqlar böyük mağaza və hipermarketlər, geniş məhsul çeşidi təklif edən şəbəkə şirkətlər tərəfindən sifariş edilir. Onlar sadəcə mağazalara gələn qonaqlara paylanır.
Bu tip kataloqlar özündə kifayət qədər ciddi məlumatları birləşdirir. Bu məlumatlara şirkətin təqdim etdiyi məhsul və ya xidmətin cəlbedici şəkli, onun xarakteristikası, istifadə qaydası, əks təsirləri və s. hissələr daxildir. Bu kateqoriyaya aid olan kataloqlar böyük tirajlarla çap olunur və insanların daha çox toplaşdığı yerlərdə paylanılır.