Brendbuk
Müqavilə imzalanır və ödənişin 50% hesaba daxil olur
Sifarişçi tərəfin təyin etdiyi şəxs və ya şəxslər qrupu ilə görüşdə şirkətin fəlsəfəsi, məqsəd və dəyərləri, o cümlədən istəkləri müzakirə olunur
Şirkətin fəlsəfəsi, məqsəd və dəyərləri, o cümlədən ümumi əlaqə vasitələri (sayt, e-poçt, telefon, ünvan, mobil) haqqında məlumatlar elektron qaydada təqdim olunur
Şirkətin cari loqosu varsa, brendbuk onun əsasında formalaşdırılmağa başlanılır
Şirkətin cari loqosu olmadığı təqdirdə, işlər ilk öncə loqo konseptinin hazırlanmasından başlanılır
Brendbuk hazır olduqdan sonra görüş zamanı nümayiş olunur. Hər hansı bir əlavə dəyişikliklər olmadığı təqdirə yazılı olaraq təsdiqlənir
İcraçı tərəfindən Sifarişçi şirkətin ayrı-ayrı əməkdaşları üçün hazırlanacaq e-poçt sonluğu, vizit kart, bədcik və s. kommunikasiya vasitələri ilə bağlı forma göndərilir. Sifarişçi tərəf həmin formaya e-poçt sonluğu, vizit kart, bədcik və s. kommunikasiya vasitələri hazırlanacaq əməkdaşların (ad, soyad, nömrə, e-poçt və s.) kimi məlumatlarını daxil edib geri göndərir
Ödənişin digər 50% hesaba daxil olduqdan sonra ayrı-ayrı şəxslər üçün hazırlanmış kommunikasiya vasitələri və master fayllar Sifarişçi tərəfə göndərilir.