Brendbuk
Brendbuk nədir?
Brendbuk (brandbook) – şirkət haqqında olan bütün vizual məlumatları özündə əks etdirən strateji sənəddir. Bu sənəd özündə şirkətin fəlsəfəsini, keçdiyi yolu və bazarda olan strateji mövqeyini birləşdirir. Brendbukun hazırlanması şirkətə özü haqqında olan məlumatların strukturlaşdırmasını və sistemləşdirməsini vizual olaraq vahid xətt üzrə qurmağa imkan yaradır. Bundan əlavə hazırlanmış brendbuk şirkətin bütün kommunikasiya vasitələrində öz bütövlüyünü ortaya qoymağa kömək edir.
Optimallaşdırır
Qənaət edir
Brendbukun strukturu
Bu hissə teoritik olaraq brendbukun əsas hissəsi hesab olunur. Bu bölmədə şirkət özünün qlobal hədəflərini, idealogiya və missiyasını ortaya qoyur.
Bu hissədə şirkət öz strategiyasında 4 əsas mövqeləndirmə üzrə ölçü meyarlaını ortaya qoyur: funksional, sosial, mental və mənəvi dəyərlər.
Bu brendbukun hazırlanmasında əsas mərhələdir. Bu mərhələ, şirkətin öz müştəriləri ilə vizual ünsiyyət qurmanın ümumi prinsiplərinə həsr olunur.
Bu mərhələ brendbukun hazırlanmasında praktiki hissədir. Bu hissədə şirkətin loqo qaydaları, korporativ stil, rəng palitraları, digər qrafik elementlər ilə bağlı vizual strategiyası əks olunur.
Bu hissə şirkətin vizual strategiyasının tətbiqi hissəsidir. Bu hissə özündə şirkətin bütün çöl və elektron daşıyıcılarında (vizitka, şirkət blankı, reklam materialları, interyer, eksteryer və s.) yer alması standartlarını özündə birləşdirir.
Brendbukun bu hissəsi şirkətin ad və loqosu ilə yanaşı onun naxış, korporativ dəsti xəttini, sloqanını, rəng çalarlarını, fontun və digər qrafik elementlərini hüquqi olaraq müdafiə edir.