Haqqımızda

Marcom Marketinq və Kommunikasiyalar şirkəti bazar iştirakçılarının tələblərini doğru qarşılamaq və bu sahəyə yeni dəsti-xətt gətirməkdə olan bir şirkətdir.

Marketinq və kommunikasiya şirkəti olaraq hər bir şirkətin gəlir əldə etmək kimi yüksək potensialının olduğuna inanır və bunun üçün həmin şirkətin sadəcə doğru marketinqə ehtiyac olduğunu düşünürük.

Bunun üçün də həm Azərbaycanda, həm də Gürcüstanda markamızın bazar mövqeyini möhkəmləndirməkdə və şirkətlərə praktik marketinq həlləri təklif etməkdə davam edirik.

Hədəfimiz

Marcom şirkəti olaraq bazara yeni xidmətlər gətirməklə müştərilərin seçim imkanlarını genişləndirmək və bazarda öz imicini formalaşdırmaq istəyən şirkətlərə dəstək olmaqdır.

Şirkətimizə uğurlu kadr transferləri etməklə marketinq və kommunikasiya sahəsində şirkətlərə öz potensiallarını kəşf etməkdə maraqlıyıq.

“Maarifləndir ki, müştəri qazanasan" şüarı altında şirkətlərin bu sahədə olan biliklərini üst səviyyəyə çatdırmaq və bazarı sağlamlaşdırmaq şirkətimizin əsas prioritetlərindəndir.

Xidmətlərimiz

Marcom şirkəti olaraq təmsil olunduğumuz hər iki ölkədə şirkətlərə ümumilikdə 36 marketinq xidməti təklif etməkdəyik.

Faydalı iş əmsalı əsasında formalaşdırdığımız qiymətlər ilə müştərilərə veb və qrafik dizayn, rəqəmsal marketinq, media və digər əlavə marketinq xidmətləri təqdim edirik.

Üstünlüklərimiz

Peşəkarlardan ibarət komanda

Layihələrin sürətli və keyfiyyətli olması üçün Marcom şirkəti olaraq komandamıza daima yeni peşəkarlar cəlb edirik. Bazarda öz sahəsi üzrə peşəkar olan insanlar hər zaman bizim diqqət mərkəzimizdədir. Bir şirkət olaraq yeni peşəkarların şirkətimizə dəyər qatmasında maraqlıyıq.

Texniki İmkanlar

Marcom marketinq və kommunikasiya şirkəti olaraq təqdim etdiyimiz xidmətlərin 80%-nin icrasını öz texniki imkanlarımız hesabına həyata keçiririk. Bu texniki imkanları daha da genişləndirmək üçün yeni texnologiyalara daima yatırım edirik.

Özəl Proqramlaşdırma

Bir çox bazar iştirakçılarından fərqli olaraq layihələrin icrası zamanı istər frontend, istərsə də backend hissədə ən sürətli framework (freyvörk)-lərdən istifadə edirik. İcra etdiyimiz layihələrdə hər hansı bir hazır proqramlaşdırma modullarından istifadə olunmur.

Gələcəyi düşünürük

Marcom şirkətinin təklif etdiyi praktik həll yolları gələcəyə hesablanmışdır. Bizimlə əməkdaşlıq etmək istəyən şirkətlər və ya fərdi şəxslər bu üstünlükdən faydalanaraq gələcəyə yönəlik işlərini bizimlə reallaşdıra bilərlər.

Tanıtım çarxı

Marcom marketinq və kommunikasiya şirkəti olaraq təqdim etdiyimiz xidmətlərin 80%-nin icrasını öz texniki imkanlarımız hesabına həyata keçiririk. Bu texniki imkanları daha da genişləndirmək üçün yeni texnologiyalara daima yatırım edirik etdiyimiz
Loqo və loqo qaydaları yüklə İkonları yüklə