2 milyon manatlıq zərərin adı

O vaxt bir qida şirkəti bazara təqdim etmək istədikləri yeni məhsulun qablaşmasını dizayn etməyimiz üçün müraciət etmişdi. Qablaşdırmanın ilkin mərhələsində layihə menecerimiz Sifarişçi şirkətin daxili müzakirəsi əsasında seçdikləri marka adının digər bir dildən tərcümədə nəlayiq bir ifadə olduğunu aşkarladı. Biz də prosesi saxlayıb bu barədə qarşı tərəfi məlumatlandırdıq. Sifarişçi “Siz bizi 2 milyon manatlıq bir zərərdən və imicimizin ləkələnməsindən xilas etdiniz” deyərək bütün işi sıfırdan bizə həvalə etdi. Sizdən isə aşağıdakı məsələlərdə diqqətli olmağı rica edirik.

RƏQİBLƏRİN ANALİZİ

Yerli bazarda rəqiblərinizi və hədəf auditoriyanızı peşəkar bir şirkətin dəstəyi ilə analiz edin. Bu elə bir mərhələdir ki, burada bazara təqdim olunacaq məhsul və ya xidmətin adının şirkət daxilində bir nəfərin verməsi riskli ola bilər. Sizi bu riskə getməməyə çağırırıq.

VERGİ ADI

Bir çox hallarda seçilmiş ad üçün loqo, qablaşdırma və digər kommunikasiya vasitələri formalaşdırılır. Daha sonra məhsulu qeydiyyata alanda məlum olur ki, vergi sistemində eyni ad ilə qeydiyyata alınmış şirkət və ya ticarət nişanı mövcuddur.

DOMAİN ADI

Yeni Günəşlidə tikinti şirkəti seçdikləri adı inşa edəcəyi binanın qarşısına çap edərək asmışdılar. Yaxınlıqda yaşayan bir nəfər isə daha ağıllı tərpənərək onun domaini 40 manata alıb, sonradan həmin şirkətə 2500 manata satmışdır. Siz belə etməyin.

PATENTLƏŞMƏ

Bir çox adlar var ki, onlar ya əvvəlcədən patentləşdirilib, ya da ki, onların patentləşdirilməsi qanunla qadağandır. Bu məqama diqqət etməyən şirkətlər cərimə ödəməli, həmçinin ad seçimi prosesinə yenidən başlamalı olurlar.

XARİCİ DİL

Ətrafınızda dil bilən və seçdiyiniz adın digər dillərdəki mənasını araşdırmağı bacaran bir nəfərin olması mütləqdir. Əks halda yuxarıda qeyd etdiyimiz hadisə Sizin də başınıza gələ bilər. İşinizi möhkəm tutun.
MARKA ADINIZA ÖZ ADINIZ VƏ İMİCİNİZ KİMİ YANAŞIN
Neyminq xidməti üzrə aşağıdakı formada adlar təklif edə bilərik

ASSOSİATİV ADLAR

Məhsul və ya xidmətlə bağlı assosiasiya olunan adların düşünülməsi. Dadlı, Sevgilim, Ləziz.

ABREVİATURALI ADLAR

Müxtəlif sözlərin baş hərflərinin istifadə edərək adın düşünülməsi. Nümunə: ABBY, HALO, BMW.

NEOLOGİZM ADLAR

Hər hansı bir fikri ifadə etməyən və təxəyyül məhsulu olan bir adın düşünülməsi. Nümunə: Fanelli, Tanzo, Belzon.

ÜSTÜNLÜK ADLAR

Adın qarışına super, Meqa, ekstra kimi sözləri istifadə etməklə yaranan adlar. Nümunə: Superstore, Ekstra Həzz, Meqa Layihə.

ŞƏXSİ ADLAR

Şəxsin öz adını, soyadını və ya ata adını öz məhsul və ya xidmətinə tətbiq etməsi yolu ilə yaranan adlar. Nümunə: Dəmirçioğlu, Paşazade, Seymoor.

NOSTALJİK ADLAR

İnsanların keçmişlə bağlı hisslərinə toxunmaq üçün istifadə olunan adlar. Nümunə: Qız qalası, Qədim Bakı, Bakılı Qız.
Sifariş et
Məsləhət al Brief yüklə