Veb Sayt Dizaynı
Veb sayt sifariş edəndə hansı yanlışlıqlara yol verirsiniz?
Hər il orta hesabla 20-dən çox müştəridən veb sayt yaratmaqla bağlı sorğular qəbul edirik. Bütün bu məlumatları CRM bazasına daxil edib 4-5 aydan sonra yenidən analiz edirik. Nəticə göstərir ki, şirkətlərin bir çoxu sahə ilə bağlı kifayət qədər məlumatlı olmadıqları üçün ancaq təklif olunan daha ucuz qiymətə fokuslanıb, iş prosesində deyilənlərin natamam olduğunu və müsbət bir nəticəyə gətirib çıxarmayacağını anlamağa başlayırlar.
HAZIR ŞABLON
İnternetdən 30-50-100 dollara alınmış hazır dizaynlar şirkətinizin gələcək rəqəmsal marketinq strategiyasına mane ola bilər. Sonradan daha çox xərcə düşməmək üçün sıfırdan mərhələli şəkildə yığılmış dizaynlara üstünlük verməyiniz tövsiyə olunur.
VEB STRUKTUR
Sizə veb struktur (saytın xəritəsi) təqdim etmədən dizayn yığan şirkətlərdən uzaq durun. Əslində bununla onlar Sizin saytın necə olacağı ilə bağlı dəqiq məlumatlara malik olmadıqlarını göstərirlər. İşinizi sağlam tutun.
OĞURLANMIŞ KONTENT
Başqa saytlardan götürdüyünüz (kopyaladığınız) mətnləri bizdən və müştərilərdən əvvəl google axtarış sistemi görür. Bu da sonradan SEO xidmətinə xərcləyəcəyiniz məbləğin artmasına gətirib çıxaracaq. Başqasının deyil, öz dəst-xəttinizi yaradın.
TEXNİKİ TAPŞIRIQ
Hər texniki tapşırıqsız görülən layihə sonrada tərəflərin bir-birilərinə qarşı olan münasibətinə ciddi təsir edir. Korporativ münasibətlərdə vəziyyəti “Siz bunları deməmişdiniz” nöqtəsinə çatdırmamaq üçün şərti şumda kəsmək lazımdır.
MATERİALLAR
Sayta yerləşdirəcəyiniz materialları (foto, video, mətn, tərəfdaşların loqoları, sertifikatlar) keyfiyyətli formada İcraçı tərəfə təqdim etməmisinizsə, o zaman dizayn ilə real sayt arasındakı fərqi gördükdə təəccüblənməyin.
TEXNİKİ DƏSTƏK
Əməkdaşlarınız arasında IT sahəsinin mütəxəssisi mövcud deyilsə, sayt hazır olduqdan sonra İcraçı tərəf ilə mütləq texniki dəstək müqaviləsi bağlayın. Bu, maliyyə baxımından IT komandası saxlamaqdan daha sərfəlidir.
Sayt sizin 7/24 fəaliyyət göstərən müştəri xidmətinizdir.
Veb dizayn üzrə aşağıdakı üstünlüklərimizdən faydalanın:
Veb strukturun hazırlanması
Şirkətiniz üçün hazırlanacaq saytın gələcək strukturunu bizə həvalə edin. Birinci və ikinci dərəcəli menyular, ana səhifə üzrə önəmli məlumatlar, nəzərə almadığınız ancaq çox faydalı əlavə bölmələrlə, o cümlədən mətnlərin düzgün yerləşdirilməsi ilə bağlı məqamları peşəkarlardan soruşun.
Kontentin yazılması
Digər saytlardan oğurlanmış mətnləri götürüb imic və gələcək rəqəmsal marketinq strategiyanızı indidən korlamayın. Sizə lazım olan unikal mətnləri yazmağa hazırıq. Sizə hazırladığımız 20-dən çox saytın kontentini nümunə göstərə bilərik.
İndividual Dizayn
Şirkətinizin loqotipinə və fəaliyyət istiqamətinə uyğun olaraq Sizə təqdim edəcəyimiz vizual görüntüləri xoş təbəssümlə qarşılayacaqsınız. Təqdimat zamanı nümayiş etdirəcəyimiz vizual görüntü məntiqli şəkildə qurulmuş veb strukturun nəticəsini özündə əks etdirəcək.
Özəl Proqramlaşdırma
Marcom şirkəti olaraq başqa saytlardan kod almırıq, əksinə kod yazırıq. Bunu Sizə təqdim edəcəyimiz geniş funksionallığa malik admin panelimizlə isbat edəcəyik. Dünyanın ən sürətli framework (freymvörk)-lərində yığdığımız admin panellər əməliyyatların icra tezliyi ilə diqqətinizi çəkəcək.
Təhlükəsizlik
Marcom şirkəti tərəfindən yığılan saytlar müştərinin istəyindən asılı olaraq bizim serverdə saxlanılır. Şirkət, saytların kəsintisiz və təhlükəsiz şəkildə daxil olan müştərilərə xidmət göstərməsi məqsədilə bütün serverlərini ölkə xaricində qurmuşdur.