Veb Banner Dizaynı
Veb Banner nədir?
Veb banner – saytlarda reklam xarakterli məlumatları (bəzən videoları) özündə əks etdirən, klik olunduğu zaman müvafiq sayt və səhifəyə keçidi olan qrafik dizayn təsviridir. Veb banner təkcə bu və ya digər formatda (html, gif) gözəl yığılmış qrafik təsvir deyil. Veb bannerin hazırlanması müştərilərin diqqətini cəlb etməyi tələb edən analitik yanaşmadır. Məhz müştərilərin hansı formalı və dizaynlı bannerlərə diqqət etdiyini bilən mütəxəssislər sifarişçinin saytına və ya səhifəsinə gələn trafiki artıra bilər.
Statik veb banner
Dinamik veb banner
Veb bannerlər harada istifadə oluna bilər
Sayt veb bannerləri daha çox gündəlik xəbər saytları və ya trafiki çox olan digər platformalarda istifadə olunur. Bu saytlarda olan bannerlərin ölçüləri saytların sahibləri tərəfindən əvvəlcədən təyin olunur. Burada bir banner yerində həm bir şirkət, həm də eyni anda əlavə 3-4 şirkət banner yerləşdirə bilər.
Digər ən çox istifadə olunan veb bannerlər isə google bannerləridir. Burada google tərəfindən müəyyən olunmuş 16-dan çox ölçü növü mövcuddur. Sayt bannerlərindən fərqli olaraq burada müştəri büdcəni, bannerlərin çıxacaq yerlərini və vaxtlarını seçmək kimi daha geniş texniki imkanlara malikdir.