TİBBİ MARKETİNQ DİGƏR MARKETİNQ XİDMƏTLƏRİNDƏN NƏ İLƏ FƏRQLƏNİR?

Müştərilərin klinikalara cəlb edilməsi prosesi bir çox xüsusiyyətlərinə görə görə qida, əyləncə, geyim və s. kimi sahələrin reklam strategiyasından fərqlənir.

Tibbi xidmətlər müştərilər üçün zəruri addımdır

Bir çox insanlar həkimə müraciət etməyi son günə kimi təxirə salır və yalnız kəskin ehtiyacları yarandıqda klinikaya müraciət edirlər. Buna görə də, tibb sahəsində reklamın real effektivliyini qiymətləndirmək çətindir - çünki reklam müraciəti və birbaşa xidmət sifarişinin həyata keçməsi üçün müəyyən zaman tələb olunur.

Həkimlər bütün məsələləri həll edirlər

Tibbi xidmətin keyfiyyəti heyət tərəfindən müəyyən edilir. Klinikada çalışan həkimlərin ixtisaslaşması və nəzakəti, inzibati heyətin xoş rəftarı və gülərüz siması müştərinin diqqət etdiyi və tibb mərkəzi rəhbərinin çalışdığı əsas amillərdən biridir.

Xəstələr səhv etməkdən qorxurlar

Yanlış seçim etmək qorxusu, potensial müştəriləri klinikaya dair məlumatları müxtəlif mənbələrdən daha diqqətlə araşdırmağa vadar edir. Bu isə nəticədə müştərilərin internet üzərindən olan reklamlara qarşı olan həssaslığını azaldır. Belə olan halda insanlar dost, tanış, internet istifadəçilərinin rəylərinə üstünlük verməyə çalışırlar.
“Həkimlər xəstələri, Tibbi marketinq isə klinikanızı sağlam həyata qaytarmaq üçün lazımdır”
ÜSTÜNLÜKLƏRİMİZ

Şəxsi resurslar

Tibb xidmətlərinə artıq maraq göstərən 150 000 artıq müştəridən ibarət auditoriyaya çıxış əldə edin və Sizə lazım olan paya sahib olun.

5 ildən çox təcrübə

Azərbaycan və Gürcüstan bazarında marketinq sahəsi və IT həllər üzrə 5 ildən artıq təcrübəyə arxalanın.

Proaktivlik

Bütün reklam kampaniyalarının analitikasını non-stop rejimində həyata keçirir və ən yaxşı variantları əvvəlcədən təklif edirik.

Tibbi profil

Komandamızda təşviqat üçün sorğuların seçilməsində, sayt üçün mətnlərin yazılmasında iştirak edən tibbi marketinq təcrübəsinə malik mütəxəssislərdən faydalanın.

Hesabat şəffaflığı

Klinika üzrə işlərin gedişatı üzrə tam şəffaflıq yaradırıq. İşin istənilən mərhələsi üzrə sual verə, şərh yaza və düzəlişlər edə bilməyiniz üçün imkan yaradırıq.

Hədəflərə yönəlmişik

Diqqətimizi hər hansı bir reklam xidmətimizin satılmasına deyil, əsas məsələlərin həllinə, yeni müştərilərin cəlb edilməsinə və klinikaların marketinq və imic baxımından inkişaf etdirilməsinə yönəlmişik.
Sifariş et
Məsləhət al Brief yüklə