Klinika işinin auditi
KLİNİKA İŞİNİN AUDİTİ
Klinikaya müştəri gözü ilə baxmağa və “Nəyə görə klinikaya istədiyiniz sayda müştəri gəlmir?” sualına cavab verməyə kömək edirik. Bunun üçün də müştərinin klinika haqqında qarşısına çıxan bütün məlumatların qiymətləndirilməsini həyata keçiririk.
Klinikanın saytının auditi
Xidmət keyfiyyətinin auditi
Rəqabət analizi
Gizli Müştəri
AUDİTDƏN SONRA KLİNİKA HANSI NƏTİCƏLƏRİ ƏLDƏ EDİR?
Klinikanın işində mövcud olan bir çox boşluq və nöqsanlar, bir çox hallarda öz həllini tapmır. Təbii ki, bütün boşluqları daxildə olmaqla görmək mümkün deyil. Bunun üçün kənardan baxış və klinikanın çölündən Sizi yaxşı analiz edərək həll yollarını təklif edən bir dəstəkçi lazımdır.
Klinikanın auditi faktiki olaraq, müştərilərlərlə iş prosesində doğru diaqnostikanı xatırladır. Bu daha çox vaxt və yüksək həkim peşəkarlığı tələb etsə də, nəticədə loyal müştəri qazandırır. Eyni yanaşmanı tibb sahəsinə də aid etmək olar. Siz daha çox vaxt və müxtəlif reklam alətlərindən istifadə etməklə müştərilərin cəlb olunması üçün müəyyən addımlar ata bilərsiniz. Lakin bu Sizə kifayət müştəri və müsbət imic qazandırmayacaq. Bu istiqamətdə yüksək gəlir əldə etmək ancaq kompleks şəkildə addımlar sayəsində mövcud ola bilər. Digər biznes sahələrində olduğu kimi tibb sahəsində də klinikanın yerləşdiyi ünvan və bu ünvanın müştərilər üçün nə qədər uğurlu olması belə real dəyişikliklərə və yüksək gəlir əldə etməyə belə səbəb ola bilər.
Məhz bu, Sizin klinikaya kənardan baxışı təmin etməyə qadirdir. Tibbi marketinq üzrə mütəxəssislərin verəcəyi tövsiyyələr, klinikanızın hazırkı vəziyyətdə malik olduğu imkanlara daha dolğun və yeni prizmadan baxmağa imkan verəcək. Bu tövsiyyələr Sizə imkanlarınızdan səmərəli istifadə etmək imkanı qazandıracaq.