Rəqəmsal Satış Tuneli
Rəqəmsal satış tuneli
Bu xidmət, müştərilərinə internet üzərindən təqdim etdiyi məhsul/xidmətin dəyəri (yüksək orta çek məbləği) minimum 300 AZN olan şirkətlər üçün nəzərdə tutulmuşdur. Satış tuneli daha çox (mebel, elektronika, tikinti, avtomobil və s.) sektorunda fəaliyyət göstərən şirkətlərin satışlarının artırılmasına xidmət etməkdədir. Hal-hazırda xidmət Rusiya və Gürcüstan bazarında tətbiq olunmaqdadır.
Potensial müştəri
Sosial şəbəkələrdə olan müştərilərinizi xüsusi mexanizm ilə müəyyən edərək satış kanalına cəlb edirik. Satış kanalında onlar üçün hazırlanmış mövzular əsasında müştərinin alıcılıq qabiliyyətini yoxlayırıq.
Texniki imkanlar
Xüsusi alqoritm əsasında hazırladığımız proqram sayəsində potensial müştərilərinizin olduğu platformalardakı (messenger, viber, whatsapp, vkontakte, telegram) hesablarına ünsiyyət üçün giriş əldə edirik.
Ünsiyyət qururuq
Şirkətin fəaliyyət göstərdiyi istiqamətə uyğun kontent generasiya edərək potensial müştərilərin istək və tələblərini müəyyən edirik. Ünsiyyətin satışa çevrilməsi üçün məhsul/xidmətlə bağlı müştərilərdə inam yaradırıq.
Qapıya kimi gətiririk
Müştəri ilə ünsiyyət əsnasında onun istəklərinin Sizin mağazada olduğunu müəyyən edirik. İstəkləri müəyyən olunmuş müştərini Sizin qapınıza kimi gətiririk. Qapıdan içəridə artıq Satış komandasının işi başlayır.
Hesabat veririk
Bütün proseslərin sonunda görülmüş işlərin və cəlb olunmuş müştərilərlə bağlı detallı hesabat təqdim edirik. Bunu təqdim edəcəyimiz proqram təminatı vasitəsilə Siz də görə bilərsiniz.