Kontent Marketinq
Kontent Marketinq
Potensial müştərilərinizlə ünsiyyət qurmağın rəqəmsal formasıdır. Aqressiv və quru satış edən menecerlər əvəzinə, məhsul və ya xidmətlərinizlə bağlı müxtəlif faydalı materiallar hazırlamaqla müştərilərinizlə ünsiyyət qura bilərsiniz. Materiallar məqalə, məlumat toplusu, mütəxəssis rəyi, video, infoqrafika və s. formada, çatdırılma yolları isə sayt, sosial media, e-mail marketinq, TV, radio, bloq, qapalı qrup və forumlar kimi fərqli platformalar ola bilər.
Brendin tanıtımını artırın.
Mütəxəssislər danışsın.
Rəqiblərinizi qabaqlayın.
Keyfiyyətli konversiya yaradın
Google-a daha yaxın olun.
Xərclərinizi optimallaşdırın.
Marcom-da kontent marketinqin formalaşması qaydaları:
Birinci addım kimi təqdim etdiyiniz məhsul və ya xidmətləri kimlər üçün, hansı platformalarda və necə yazacağımızı analiz edirik.
Məhsul və xidmətlə bağlı müxtəlif platformalarda yazılmış kontentin cari vəziyyətini, müştərilər üçün faydalılıq dərəcəsini müəyyən edirik.
Təqdim olunmuş məhsul və ya xidmətlərlə bağlı cari vəziyyətə, rəqiblərin aktivliklərinə əsaslanaraq kontent marketinq strategiyasını hazırlayırıq.
Hazırlanmış və təsdiq olunmuş strategiya əsasında görüləcək işlərin və yazılacaq kontentlərin planı (mövzular, yayımlanacaq platformalar, tarixlər) hazırlanır.
Təsdiq olunmuş plan əsasında hazırlanmış kontentlərin məhsul və ya xidmətlərə maraq göstərəcək müştəri kütləsinin toplaşdığı platformalarda yerləşdiririk.
Müxtəlif platformalarda yerləşdirilmiş kontentlərin effektivliyini (miqyası, sayta keçidini, sosial şəbəkə aktivliyini) ölçürük.