Google Reklamları
GOOGLE REKLAMLARININ MƏNTİQLİ İDARƏEDİLMƏSİ
Bir çox saytlardakı google reklamları Sizi izlədiyi kimi, biz də onların reklam siyasətində etdiyi yenilikləri izləyirik. Məqsədimiz təmsil etdiyiniz markanın xidmət və ya məhsullarını google-da olan potensial müştərilərinizə ən minimum klik qiymətinə təqdim edərək satışlarınızı artırmaqdır.
Müştərilərinizi axtarırıq
Büdcənizin doğru xərclənməsi və minimum büdcə ilə daha çox satış həyata keçirməyimiz üçün müştərilərinizin google-da olub olmadığını müəyyən edirik. Biz buna büdcənin qorunması deyirik.
Boşluqların analizi
Google reklamlarına klik edəcək şəxslərin saytda doğru yerə yönlənməsi üçün saytınızda olan boşluqlarla bağlı məlumat veririk.
Seqmentasiya aparırıq
Təklif etdiyiniz xidmət və ya məhsullar fərqli kütlələr üçün nəzərdə tutulubsa, google reklamları üzrə trafikin seqmentasiyasını analiz edərək satışların artmasına dəstək oluruq.
Müştərini izləyirik
Daha çox satış etmək və google-da təkrar müştərilərinizin qarşısına çıxa bilməyiniz üçün saytınızda remarketinq və tracking kodları yerləşdiririk.
Qənaət edirik
Təqdim etdiyiniz məhsul və ya xidmətlər üzrə minus və kros minus açar sözlərini doğru tənzimləyərək reklam büdcəsinə 20% qənaət edirik.
Optimallaşdırırıq
Məhsul və ya xidmətin mövsümlüyünü nəzərə alaraq büdcəni optimallaşdırırıq. Gündüz və gecə büdcələrini tənzimləyərək reklamların doğru seqment üçün göstərilməsinə diqqət edirik.
REKLAM KAMPANİYASI ÜZRƏ MƏRHƏLƏLƏR
Reklamın planlanması
Biz bu işə bazarın, hədəf kütlənin və rəqiblərin analizi ilə başlayırıq. Araşdırmanın nəticəsi olaraq müvafiq hərəkət planı hazırlayıb, reklam büdcəsinə qənaət etmək üçün məhsul və ya xidmətə aid olmayan auditoriyanı siyahıdan çıxardırıq. Məhsul və xidmətin mövsümi olub olmamasına baxırıq.
Reklamların buraxılması
Bu proses 1 - 3 iş günü ərzində baş tutur. Reklamın lazım olan hədəf kütləsinə çatması üçün bütün reklam platformalarından istifadə edirik. Effektlivliyi artırmaq və daha çox analitika əldə etmək üçün müvafiq rəqəmsal marketinq alətlərindən istifadə edirik.
Reklamların izlənilməsi
Reklam analizi aylıq olaraq aparılır. Analizlərin nəticəsinə və rəqiblərin davranışlarına əsasən reklam strategiyasında düzəlişlər edir, ayrılan büdcəni optimallaşdırırıq.
Texniki dəyişikliklər
Hər bir seqmentə uyğun olaraq fərqli reklam kampaniyaları yaradıb testlər əsasında ən effektiv olanını saxlayırıq. Yandex metrika və google analytics-in nəticələrini incələyərək saytın müvafiq bölmələrinə girişin artırırıq.
Əlavə tədbirlər
Analitikaların nəticəsinə əsasən əlavə platformalarda (bloq, e-mail marketinq, youtube) reklamların yayımlanmasını təmin edirik. Maraqlanan müştərilərin saytda satış etməsi remarketinq kodlarından istifadə edərək onları yenidən sayta cəlb edirik.