E-mail Marketinq
Email marketinq
Onlayn xidmət göstərən şirkətlərin müştəriləri ilə kommunikasiya qurmasında strateji yer tutur. E-mail marketinq SPAM deyil. Bu xidmətdən istifadə edən şirkətlər elektron məktublarını ancaq öz məhsul və ya xidmətlərinə maraq göstərən müştərilərə göndərirlər. Şirkət tərəfindən göndərilən məktublar dizayn və məzmun baxımından qarşı tərəf üçün faydalı olmaqla yanaşı, məktubu alan şəxsə ona fərdi yanaşmanı hiss elətdirməlidir.
Aksiya və Xüsusi Təkliflər
Məlumat və Tədbir
Məhsul/Xidmət satan məktub
Reanimasiya məktubları
Tranzaksiya məktubları
Maarifləndirin
MARCOM SİZƏ NƏ TƏKLİF EDİR?
Daha yaxşı nəticə ortaya qoymaq üçün sifarişə başlamazdan əvvəl şirkətin auditoriyasını və rəqiblərini araşdırırıq. Bütün bunların nəticəsi olaraq e-mail marketinq strategiyası formalaşdırırıq.
Şirkətin müştəri kütləsindən asılı olaraq xidmət üzrə fərqli mətn stilistikası təklif edirik: Story telling, Məlumatlandırıcı, Sarkastik, Təhrikedici. Bütün mətnlər satış məqsədli formada hazırlanır.
Bütün dizaynlar şirkətin loqo və loqo qaydalarına əsasən özəl olaraq hazırlanır və e-mail marketinq strategiyasına əsasən ssenari planına uyğun olaraq dəyişir.
Bütün təsdiq olunmuş dizaynlar proqramlaşdırılır və keçidlərə müvafiq linklər yerləşdirilir. Müştərinin verdiyi müvafiq e-mail ünvanına bir neçə test mailləri göndərilərək bütün linklərin aktivliyi yoxlanılır.
Müştəri tərəfindən təqdim olunmuş e-mail ünvanlarını bazaya daxil etdikdən sonra göndərilmə vaxtı və saatını müəyyən edərək toplu mail göndərilməni həyata keçiririk.
Toplu mail göndərildikdən 3 gün sonra, həmçinin bu xidmət illik olduğu təqdirdə müvafiq hesabatlar təqdim edirik. Hesabat özündə göndərilən maillərin sayı, çatmış və çatmamış maillər, açılmış və açılmamış maillər və kliklənmiş maillərlə bağlı məlumatları əks etdirir.