TV-də Reklam

TV-də reklam yerləşdirmək marketinq üzrə bütün kommunikasiya vasitələrini əhatə etdikdən sonra şirkətlərin gəldiyi son nöqtələrdən biri kimi dəyərləndirilir. Marcom Marketinq və Kommunikasiyalar şirkəti müştərinin təqdim etdiyi məhsul və xidmətin növündən asılı olaraq reklamların paytaxt və regional TV kanallarda yerləşdirilməsini həyata keçirir.

TV REKLAMI ÜZRƏ PROSESLƏR

Video çarxa baxaq görək

Planları qurub, daha sonra “bunu yerləşdirməyə icazə verməzlər” cümləsini eşitməmək üçün reklam etmək istədiyiniz məhsul və ya xidmətin video çarxına baxmaqda fayda var.

İstəklərinizi dinləyək

Məhsul və ya xidmətinizin detallarını bizdən yaxşı bildiyiniz üçün istəklərinizi həyata keçirmək məqsədilə Sizi dinləmək istəyirik. Bu, Sizi daha da doğru anlamağımıza kömək edəcək.

Planlarımızı quraq

Təqdim etdiyiniz video çarx və istəkləriniz əsasında doğru kanallarda məhsul və ya xidmətiniz üçün düzgün media plan qurmaq üzərində çalışırıq.

Yayımlayaq getsin

Təqdim etdiyimiz media plan və təklif olunan qiymətlər Sizin istəklərinizlə yanaşı, büdcənizə uyğun olduğu təqdirdə yayımlanmasına start veririk.
SİZƏ UYĞUN GƏLƏN YERLƏŞDİRMƏ NÖVÜNÜ SEÇİN

Sponsorlu reklam

Müştərilərə təklif etdiyiniz məhsul və ya xidməti TV kanallarda gedən verilişlərin birində birinci və ya ikinci dərəcəli sponsor kimi yerləşdirə bilərsiniz.

Media plan

Əvvəlcədən təyin edilmiş kanallarda və saatlarda təsdiq olunmuş media plan üzrə TV-də gedən reklamların arasında Sizin də reklamınızı yerləşdirə bilərik.

Məhsul yerləşdirmə

TV kanallarda gedən verilişlərdə aparıcı tərəfindən satmaq istədiyiniz məhsul və ya xidmət haqqında müştərilərə şifahi məlumatın verilməsi, veriliş zamanı uyğun olduğu təqdirdə məhsuldan istifadə olunması nəzərdə tutulur.

Bant reklamı

Əvvəlcədən təsdiq olunmuş veriliş və ya televiziya filminin yayımlanması zamanı reklamınızı ekranın 3-də 1 hissəsində bir neçə saniyəlik göstərilməsini təmin edə bilərik. Bant reklamının izləyicinin gözündən yayınma ehtimalı olduqca aşağıdır.

Süjet yerləşdirmə

TV kanallarda yayımlanan ana xəbərlərin daxilində yerləşdirilən 1 dəqiqəlik xronometrajı olan reklam süjeti potensial hədəf kütləsinə daha effektiv çatmağa xidmət edir. Bu kateqoriyalı reklamların effektiv olması üçün dolğun informasiya təqdim olunmalıdır.

TV REKLAM YERLƏŞDİRMƏ ÜSTÜNLÜKLƏRİMİZ

6 illik təcrübə (ikonlaşdırılacaq)

Çox illik təcrübəmizə əsaslanaraq deyə bilərik ki, doğru məhsul və ya xidməti, ehtiyacı olan insanlara göstərməyin nəticəsində ciddi satış yaranır.

Optimal kanallar (ikonlaşdırılacaq)

Hər bir kanalın içində Sizin məhsul və ya xidmət ilə maraqlanan lazımi kütlə vardır. Sadəcə olaraq həmin kanalda Siz reklamınız yoxdur deyə, onlar da Sizi görmür.

İntervallar (ikonlaşdırılacaq)

Bizim TV reklamları yerləşdirmə üzrə mütəxəssimiz deyir ki, Siz insanların televizor pultunu hansı intervallar ilə çevirdiyini bilmədiyiniz üçün reklamınızı heç kim görmür.

Media planlama (ikonlaşdırılacaq)

Plan qurmağı bilirik, lakin media plan qurmağı ondan da yaxşı bilirik. Ona görə də Sizin gözləntilərinizlə bizim planladıqlarımızın üst-üstə düşəcəyinə inanırıq.

Sifariş et
Məsləhət al Brief yüklə