VİDEO ÇƏKİLİŞ / REKLAM ÇARXLARI

Görüntü hər zaman önəmlidir. İnsanlar artıq oxumaqdan çox görüb anlamaq istəyirlər. Bu gün video reklam çarxlarının növləri o qədər müxtəlifdir ki, onların sinifləndirməsi mütləqdir. Bu sinifləndirmə ona görə aparılmalıdır ki, müştəri video çarx sifariş edərkən dəqiq olaraq hansı növ video reklamı istədiyini izah edə bilsin.

MARCOM-DA REKLAM ÇARXI SİFARİŞ VERMƏYİN ÜSTÜNLÜKLƏRİ

Peşəkar komanda

Marcom şirkətinin kimlərlə çalışdığını bir çox şirkətlər bilir. Bunun üçün video çəkiliş portfoliosuna diqqət etmək kifayətdir. Sizin üçün keyfiyyətli və maraqlı iş ortaya qoymaq üçün bütün komandamızı səfərbər edə bilərik.

Geniş texniki imkanlar

Texniki imkanlarımız geniş olduğu üçün çəkilişdə tələb olunan avadanlıqlarla bağlı sıxıntı yaşamırıq. Keyfiyyətli kadrları ərsəyə gətirmək üçün Sizə lazım olan texnikaları bir yerə cəmləməkdən çəkinmirik.

Çox illik təcrübə

Marcom şirkəti olaraq video çəkilişlər üzrə təcrübəmiz müştərinin təqdim etdiyi məhsul və ya xidməti daha dərindən incələməyə və ona uyğun ssenari əsasında çəkilişlər etməyə imkan verir.

Sima seçimi

Reklam çəkilişlərində sima seçiminin özü bir strategiyadır. Bu strategiyanın düzgün qurulması üçün isə əvvəlcədən müəyyən analizlər aparmaq lazımdır.
VİDEO ÇƏKİLİŞLƏRİ MƏQSƏDLƏRİNƏ GÖRƏ 2 YERƏ BÖLÜNÜR

İmic xarakterli reklamlar

İmic reklamları daha çox markanın tanıdılmasına və ya marka dəyərinin artırılmasına yönəlmiş ssenari əsasında hazırlanmış video reklamlardır.

Kommersiya reklamları

Kommersiya reklamları daha çox məhsul və ya xidmətin satış həcminin artırılmasına hədəflənmiş kampaniyalar üçün hazırlanmış video reklamlardır.

İSTEHSAL NÖVÜNƏ GÖRƏ ƏSAS VIDEO REKLAMLAR

Sadə reklamlar

Hər hansı bir aktyorun ağır kompüter qrafikasının iştirakı olmadan hazırlanmış sadə reklamlardır. Bu reklamlar qısa müddətə və daha az büdcəyə başa gəlir.

Ssenarili reklamlar

Bu reklamlar əvvəlcədən yazılmış ssenari və aktyorların iştirakı ilə çəkilir. Bu cür reklamların büdcəsi ssenaridən, çəkiliş məkanlarının sayından, aktyordan və s. göstəricilərdən asılıdır.

Məlumatlandırıcı reklamlar

Bu cür reklamlar əsasən hər hansı bir məhsul və ya xidmət haqqında müştərilərə ətraflı məlumatın verilməsi üçün çəkilir. Reklam büdcəsi böyük olmur.

2D / 3D Animasiya reklamları

Bu kateqoriyali reklam videolarında ağır kompüter qrafikasından istifadə olunduğu üçün həm böyük büdcə, həm də hazırlanması uzun vaxt tələb edir.

Sifariş et
Məsləhət al Brief yüklə