Radioda reklam

Radio reklamda önəmli olan ilk 10 saniyədir: Reklam dinləyicinin diqqətini dərhal çəkmirsə, demək mesajı ala bilmir. Radiodan əldə edilən məlumatların yaddaşda qalması üçün daha yaradıcı və cəlbedici reklam mətni formalaşdırmaq lazımdır. Radio reklamı dinləyicilərin yalnız 30 - 40%-nin diqqətini cəlb edir. Radio reklamın gücü onun müddətindən asılıdır. Effektiv radio reklamı dinləyicinin şüuraltına təsir etməlidir.

Radioda reklam yerləşdirmənin mərhələləri:

Məhsulu araşdırırıq.

Təqdim etdiyiniz məhsul və ya xidmətləri araşdırmağımız, Sizin potensial müştərilərinizi tapmağa yardımçı olacaq. Doğru araşdırma işin təməl prinsiplərindən biridir.

Radio Kanalı seçirik.

Sizə təqdim edə biləcəyimiz radio kanalların sayı çoxdur. Lakin onlardan hansılarını Sizin potensial müştəriləriniz dinləyir, bax bunun üçün seçim etməyimiz lazımdır.

Reklam Mətnini hazırlayırıq.

Radioda yerləşdirmək istədiyiniz məhsul və ya xidmət ilə bağlı məlumat verirsiniz, biz onun əsasında müştəriləri cəlb edə biləcəyi mətni hazırlayırıq.

Reklam növünü seçirik.

Radioda reklam yerləşdirməyin bir çox növləri var. Hər bir növ öz effektivlik dərəcəsi ilə seçilir. Sizin məhsul və ya xidmətə uyğun reklam növünü seçməkdə yardımçı olacağıq. 

Səsləri tapırıq.

Hər bir məhsul və ya xidmətə uyğun gələn səslər mövcuddur. Sizin şirkətin məhsullarına uyğun gələn səsi tapmaq üçün isə geniş səs bazası təqdim edirik.

Media plan hazırlayırıq.

Çox illik təcrübəmiz hər bir müştəri üçün doğru mediaplan hazırlamağa imkan verir. Sizə təklif etdiyimiz yayımlanma intervalları, maraqlı verilişlər və digər reklam alətləri ilə hədəfə vurun.

RADİODA REKLAMIN ƏSAS NÖVLƏRİ:

Məlumat xarakterli

Sifarişçi şirkətin təqdim etdiyi hər hansı bir məlumatın musiqi və xüsusi effektlərin müşayəti ilə dinləyicilərə çatdırılması.

Musiqili reklam

Şirkətin hər hansı bir məhsul və ya xidməti üçün reklam xarakterli sözlərə bəstələnmiş musiqinin radioda səslənməsi.

İmic xarakterli

Əsasən marka adının yadda qalması üzərində formalaşdırılan radio reklam. Bu növ reklamlarda ünvan, telefon kimi elementlərdən istifadə olunmur.

Qarşılıqlı ünsiyyət

Bu formatlı radio reklamlarda adətən şirkəti təmsil edən nümayəndə ilə yanaşı müzakirə üçün çağırılmış jurnalist və ya sahəyə yaxın olan mütəxəssis iştirak edir.

Radio çıxış

Şirkətin dinləyicilərə özünün təklif etdiyi məhsul və ya xidmətlərlə bağlı birbaşa müraciətin səsləndirilməsi.

Radio Film

Məhsul və ya xidmət üzərində əvvəlcədən hazırlanmış ssenari əsasında uzunmüddətli müzakirələrin aparılmasıdır.

Kommersiya proqramları

Sifarişçi şirkətin istəyi əsasında hər hansı bir məhsul və ya xidməti reklam etmək üçün yaradılmış proqramdır.

Sponsorluq

Daha çox dinlənilən reytinqli bir verilişdə reklam hüququ əldə etmək və həmin verilişin şirkətin təqdimatında yayımlanması.

Sifariş et
Məsləhət al Brief yüklə