PR XİDMƏTİ

Bunu Siz də bilirsiniz ki, cəmiyyətə fayda verə biləcək istənilən bir məhsul və ya xidmətin daha çox insana çatdırılmasının bir yolu da peşəkar kommunikasiyadır. Bu işin strategiyasını qurmaq və pr alətlərindən doğru istifadə etmək isə araşdırma və peşəkar kadrlar tələb edir. Marcom Marketinq və Kommunikasiyalar şirkətinin təklif etdiyi PR həll yolları ilə hədəfinizə çatmaq daha asan olacaq. Fəaliyyət göstərdiyimiz müddət ərzində analizlərimizin nəticəsi göstərir ki, potensial müştərilərin 37%-i qısa və ya uzunmüddətli perspektivdə PR xidmətindən ciddi nəticələr əldə ediblər.

PR XİDMƏTİ ÜZRƏ İSTİQAMƏTLƏR

Şirkət xəbərləri

Şirkət xəbərlərini yazmağı bir çoxları bacarır. Lakin həmin xəbərlərin oxunaqlı olması üçün başlıq, struktur, xəbər şəkli hansı formada olmalıdır sualına cavabı isə yalnız KİV-lərlə ciddi iş quran və detallı araşdırma edən bilər. Bir də Siz bu bölməni oxuyursunuzsa, deməli biz həmçinin google axtarış sisteminin indekslənməsi üçün də uyğun formada yazırıq.

Müsahibələr

Müsahibə almaq kənardan asan iş kimi görünsə də, burada bir çox diqqət olunacaq məqamlar var. Müsahibələr adətən yazılı və video formatında olduğundan burada sualların düzgün qoyuluşu, cavabların oxunaqlı yazılması, şəkil və video rakursları və s. elementlərin hamısı ayrıca bir strategiyadır.

Sektor Xəbərləri

Dünyada bir çox şirkətlər sektor xəbərlərinin yayımlanmasında ciddi pay almaq üçün rəqabət aparır. Bu, Azərbaycanda yeni bir dalğa olduğu üçün çox az şirkət bu istiqamətdə işlər görməkdədir. Halbuki rəqiblərin qarşısına çıxmaq üçün bu çox gözəl bir fürsətdir. Bunun detallarını isə Marcom şirkəti daha yaxşı bilir.

Tədbirə Dəvət

Bu adi bir dəvət deyil. Bu, Sizin məhsul və ya xidmətləri potensial müştərilərə çatdırmaq üçün cəlb edəcəyiniz xüsusi texniki komandadır. Biz hər bir tədbirdə şirkətin olar və olmazlarını müəyyən edir, onu insanların sevəcəyi və rəğbət bəsləyəcəyi şəkildə təqdim edirik. Bu isə bir fəlsəfə və dəyər formalaşdırır.

Media Turun Təşkili

Bütün media nümayəndələrini bir yerə yığmaq özü ayrıca bir işdir. Bu işi isə doğru şəkildə qurmaq lazımdır ki, şirkət haqqında məlumatlar KİV-də düzgün və vaxtında yayımlansın. Bunun üçün isə hər iki tərəf ilə koordinasiyalı şəkildə işləmək və işin detallarına diqqət etmək lazımdır.

Böhran Kommunikasiyası

Əvvəllər yaranmış problemlər müştəri və şirkət arasında qalırdı. Lakin sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir dövrdə problemlər daha tez və geniş yayılır. Kiçik bir səhv və ya anlaşılmazlıq əldə olunan bütün imicin üstündən xətt çəkilməsi təhlükəsi yaradır. Rəqiblərin bu fürsəti dəyərləndirməməsi üçün böhran kommunikasiya planı hər zaman hazır olmalıdır.
Sifariş et
Məsləhət al Brief yüklə