Foto çəkiliş növləri

Food (Yemək) Foto çəkilişi

Bu çəkiliş növü reklam, menyu, jurnal və digər yeməklə bağlı yerlərdə istifadə etmək məqsədi ilə həyata keçirilən fotosessiya növüdür. Menyuda və restoranların veb saytında yüksək keyfiyyətli yemək şəkillərinin istifadəsi müştəri də şüuraltı olaraq iştahanın açılmasına və ödəniləcək hesaba birbaşa təsirini göstərir. Digər tərəfdən isə food fotosessiyası təklif olunan yeməyin tərkibi və görünüşü ilə bağlı müştəriyə ətraflı məlumat təqdim etmək imkanı yaradır.

Əşyaların Foto çəkilişi

Əşyaların foto çəkilişi məhsul və ya xidmətin cəlbedici görünüşünün yaradılması üçün çox vacibdir. Yaxşı əşya foto çəkilişi bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin öz məhsullarını doğru təqdimat etməsi üçün əsas elementlər sırasında birinci yerdə durur. Geniş təcrübəyə malik fotoqraf tərəfindən düzəliş edilib daha sonra çəkilmiş foto şəkillər məhsulu ən yaxşı tərəfdən nümayiş etdirməyə və potensial müştərilərin gözündə müsbət imic yaradır. Əşyaların foto çəkilişi zamanı əsas diqqət məhsulun unikallığını göstərmək, onu yaddaqalan etmək və güclü tərəflərini qabartmağa yönəlir.

Məkan Foto çəkilişləri

Hər hansı bir məkanın (restoran, otel) foto çəkilişini həyata keçirmək üçün o məkanı hiss etmək lazımdır. Həmin məkanın daxilində və xaricində olan yerləri qarış-qarış gəzib həm müştəri, həm də fotoqraf gözü ilə analiz etmək gərəkdir. Məkandaxili və məkan xarici foto çəkilişlər də əsas diqqət olunacaq məqamlar düzgün baxış bucaqlarını seçmək, müştərilərin hiss edəcəyi rahatlığı və özəlliyi yaddaşlara həkk etdirməkdir. Bunun üçün isə peşəkarlıq və doğru texniki avadanlıqları seçmək lazımdır.

Korporativ Foto Çəkilişlər

Bu kateqoriyalı foto çəkilişlər özündə korporativ dəsti xətti formalaşdırır. Şirkətin fəlsəfəsini, fəaliyyət istiqamətini, əməkdaşlarının işinin dərinliyini və bazarda tutduğu mövqeyini şəkillərdə əks etdirmək özü bir məsuliyyətdir. Bu işdə hər bir detal önəm daşıyır. Həmin detalları bir ardıcıl düzdükdə isə bir şirkət tablosu formalaşır. Korporativ foto çəkilişlərin uğurlu alınması təkcə fotoqrafdan deyil, həmçinin hər bir şirkət əməkdaşının çəkiliş zamanı öz işinə necə yanaşmasından asılıdır.

Foto çəkiliş üzrə qiymət təklifinə təsir edən amillər:

Foto çəkiliş işinin həcmi
Minimum və maksimum məhsul sayından
Kompozisiyanın müxtəlifliyindən
Çəkiləcək məkanlarının sayından
İstifadə olunan texnika və insan resursundan
Şəkillərin emal olunmasından
Sifariş et
Məsləhət al Brief yüklə