Tərcümə Xidməti
TƏRCÜMƏ XİDMƏTİ
Yerli bazarda tərcümə ilə bağlı ciddi problemlərin olduğunun biz də fərqindəyik. Bu xidməti ən yaxşı şəkildə təqdim etmək üçün 2 ay boyunca bazarda olan şirkətləri, müştərilərin sosial şəbəkələrdə narazı şərhlərini və sahə üzrə boşluqları araşdırdıq. Araşdırmanın nəticəsi olaraq bazarın ən yaxşı tərcüməçilərini və redaktorlarını bir araya topladıq. İşimizin əsas hissəsini marketinq və kommunikasiyalar üzrə xidmətlər təşkil etsə də, bir çox layihələrdə puzzle (pazl)-ın son hissəsini peşəkar şəkildə icra olunmuş tərcümə təşkil edir.
MARCOM-DA TƏRCÜMƏ XİDMƏTİNİN ÜSTÜNLÜKLƏRİ
Veb kontent
Xarici bazara məhsul və ya xidmət satan şirkətlər üçün saytın 3 və daha çox dildə olması vacib şərtdir. Bu vacib şərti yerinə yetirmək üçünsə veb kontentlərin tərcüməsini yerinə yetiririk.
Google-a yaxın edirik
Sıradan bir tərcümə şirkəti sadəcə saytın mətnlərini tərcümə edib verdiyi halda biz onu Google axtarış sisteminə uyğun tərcümə edirik. Google-da yeriniz ön sıralarda olsun.
Oflayn işlər görürük
Oflayn marketinq bazarı kiçilsə də, xarici səfərlər və sərgilərdə kataloq və şirkətin təqdimat materiallarına daim böyük əhəmiyyət verilir. Bu kommunikasiya vasitələrinin doğru tərcüməsi şirkət imicinin göstəricisidir.
6 dil bilirik
Poliqlot olmasaq da, biznesinizin inkişafı üçün ingilis, ərəb, ispan, italyan, alman, çin dillərini şirkətinizi təmsil edəcək səviyyədə bilirik. Bunu yoxlaya da bilərsiniz.
Sınaqdan keçirin
Şirkətinizin müsbət imicinizi riskə atmaq istəmirsinizsə, sınaq tərcüməsi verməklə peşəkarlığımızı yoxlaya bilərsiniz. Sizi təəccübləndirməyə hazırıq.
Lokallaşdırırıq
Xarici məhsulların Azərbaycan bazarına təqdim olunan məhsul və xidmətlərinin mətnlərinin yerli bazar iştirakçıları üçün lokalizasiyasını da həyata keçiririk.