Tədbirə Dəstək
Tədbirə dəstək nədir?
Tədbir bir şirkətin imicinin göstəricisidir. Bu imicin qorunub və inkişaf etdirilməsini hər kəsə həvalə etmək olmaz. Əgər Siz bu bölməyə daxil olmusunuzsa, deməli daha peşəkar bir işin ərsəyə gəlməsində maraqlısınız. Marcom Marketinq və Kommunikasiyalar şirkəti olaraq Sizin şirkətin fəlsəfəsinə daha yaxın bir tədbirin həyata keçirilməsini istəyirsinizsə, o zaman bu fəlsəfəni qonaqlarınıza çatdırılmasını bizə həvalə edin.
Ruhunuza yaxın məkanlar seçirik
Məkan seçiminin Sizin üçün nə dərəcədə vacib olduğunu çox gözəl anlayırıq. Bunun üçün də Sizə təqdim edəcəyimiz məkanların tam ürəyinizcə olacağına inanırıq. İnteryer, eksteryer, rəng palitraları, akustika, təbii gün işığı, parklanma, məkan daxili temperatur və personal kimi məqamların Sizin üçün necə həssas bir mövzu olduğunu dərk edirik.
Texnoloji yeniliklər təklif edirik
Tədbirlərin təşkili üçün təqdim etdiyimiz səs və görüntü avadanlıqları, xüsusi led monitorlar, müxtəlif təyinatlı işıqlar, o cümlədən səhnə tərtibatları üçün qurğular vasitəsilə tədbirinizə qatılanlara yenilikçi və keyfiyyətə üstünlük verdiyinizi nümayiş etdirin.
Hər kəs Sizi dinləyəcək
Səhnədə rahat olun! Çünki çıxışınız Sizin şirkətin fəlsəfəsini, strategiyasını tam şəkildə anlayan peşəkarlar tərəfindən hazırlanıb təqdim olunacaq. Sizin tədbiriniz üçün seçilmiş aparıcı isə tədbirinizdə şirkətinizin tərkib hissəsi olacaq.
İşini bilən adamlar var
Sizin tədbirinizi ərsəyə gəlməsi üçün bu işi bilənləri cəlb etmişik. Onlar səhnə arxasında, insanlar arasında olmaqla həm tədbirin gedişatına nəzarət edəcək, həm də tədbirin əsas məqamlarını yaddaşa həkk edəcəklər.
Adınıza layiq qarşılayıb yola salacağıq
Sizin tədbirə dəvət almış hər bir qonaq, bizim üçün dəyərlidir. Tədbirinizin qonaq dəvəti və idarəetməsi kimi bu önəmli məqamını, təqdim etdiyiniz protokol qaydalarına əsasən həyata keçirməkdən məmnun olarıq.
Gördüyünüz səhnə dekorasiyalarını unudun
Ehtiyatlı olun səhnə tərtibatı Sizin və tədbirə gələn qonaqlarınızın gözlərini qamaşdıra bilər. Bu istiqamətdə Sizə təqdim etdiyimiz brif və verəcəyimiz suallar Sizin şirkətin fəlsəfəsinə, ana xəttinə nə qədər yaxın düşündüyümüzə şahid olacaqsınız.
Mühafizə edib, qayğısına qalacağıq
Xoşagəlməz hadisələrdən sığortalanmaq çətindir. Bu halların yaşanmaması və qarşısının alınması məqsədi ilə tədbirinizin təhlükəsizlik və tibbi dəstək məsələlərinə də diqqət edəcəyik. Əsas odur ki, hər məqam ürəyinizcə olsun.
Arzularınızı reallaşdıra bilərik
Şirkətinizin dəyərlərinə uyğun olan müğənni və aparıcını bizdən soruşun və bizim Sizin şirkətə olan yanaşmamızı yoxlayın. Bu istiqamətdə zövqlərimizin üst-üstə düşəcəyinə inanırıq.
Dizaynlarınız göz oxşayacaq
Marcom şirkəti tərəfindən təşkil olunan tədbirin rəsmi hissəsi cansıxıcı olmur. Tədbirinizə uyğun dizayn elementləri qonaqların marağını cəlb edəcək. Ana xətt dizaynından başlayaraq bütün kommunikasiya işlərini rahatlıqla bizə həvalə edə bilərsiniz.