Avtobusda səsli reklam
AVTOBUSDA SƏSLİ REKLAM
Bu xidmət növü məhsul və ya xidmətlərini gün ərzində avtobusdan istifadə edən insanlara çatdırmaq istəyən şirkətlər üçün nəzərdə tutulmuşdur. Bu reklam növünün digərlərindən fərqi ondan ibarətdir ki, Siz sosial media istifadəçisi olmayan insanlara da rahatlıqla xitab edə bilirsiniz. Biz avtobus daxilində səsli reklamın üstünlüklərini sadalayaq, Siz isə əhatə dairəsini təsəvvür edin.
AVTOBUS DAXİLİ SƏSLİ REKLAMIN ÜSTÜNLÜKLƏRİ
Gündəlik 100.000 sərnişin
Səsli mesajınızı avtobus daxilində gün ərzində səyahət edən yüz minlərlə potensial müştəriyə çatdıra bilərsiniz. Bu rəqəm Sizi milyonlara daşıya bilər.
Geniş müştəri profili
Yaşından, cinsindən və ailə vəziyyətindən asılı olmayaq avtobusdan istifadə edən hər kəs mesajınızı mütləq eşidəcəkdir. Sosial şəbəkə istifadə etməyənləri də nəzərə alın.
İstiqaməti seçin
Bakubus və Xaliq Faiqoğlu şirkətlərinin ümumilikdə 200-dən çox avtobusu xidmətinizdədir. Sizə lazım olan istiqamət üzrə marşrut xətlərini seçərək səsli reklamlarınızı hədəflədiyiniz kütləyə eşitdirə bilərsiniz.
Uyğun vaxtınızı seçin
Geniş vaxt seçiminiz var. Günün istənilən saatı üçün reklamınızı yerləşdirərək daha yüksək nəticə əldə edə bilərsiniz. Bu da tənzimləyə biləcəyiniz bir üstünlükdür.
Video hesabat veririk
Avtobus daxilində yerləşdirdiyiniz səsli reklamlarla bağlı hər ay video hesabat təqdim edirik. Hər şey şəffaflıq üçündür.
İntervallı səsləndirmə
Bizim təklif etdiyimiz unikal reklam vasitəsilə Sizin reklamınız insanların qulaqlarını yormayacaq. Reklamlarınızın fasilələrlə yayımlanacaq.
SƏSLİ REKLAM XİDMƏTİ NECƏ ÇALIŞIR?
200-dən çox avtobusun daxilində xüsusi ötürücü bir cihaz quraşdırılıb. Bu cihaz üçün xüsusi proqram təminatı yazılmışdır.
Xüsusi ötürücü cihazlar avtobusların səsləndirmə sisteminə inteqrasiya olunub. Bu bizə səs sistemini idarə etməyə imkan yaradır.
Bütün cihazlar xüsusi yaradılmış “cloud” (bulud sisteminə) qoşulmuşdur. Burada avtobus daxilində səsləndirilməsi nəzərdə tutulan məlumatlar yer alır.
Yazılmış xüsusi proqram təminatı müştərinin təqdim etdiyi audio reklam çarxlarını planlaşdırmağa və yayımlamağa imkan verir.